Park Hill Tower

Haqqında

Bakı Ağ Şəhər-in Park rayonu ətraf ərazilərin və həyat tərzinin yüksək statusu baxımından premium səviyyəli klub evi üçün ideal məkandır: ətrafda elit məktəb və uşaq bağçaları, yüksək dərəcəli biznes mərkəzləri, bədii qalereyalar və dizayner studiyaları, dəbli kafelər, əla mətbəxli restoranlar və xüsusi tərzə malik gözəllik salonları vardır. Yaxınlıqda aparıcı dünya brendlərinin təklif edildiyi butiklərdən ibarət ticarət mərkəzləri, premium səviyyəli supermarketlər və 5 ulduzlu otellər yerləşir

Park Hill Tower-in klub atmosferi

Park Hill Tower Bakı üçün təkcə mənzillərinin az olması ilə deyil, həm də vahid sosial mühiti ilə seçilən unikal yaşayış klubu formatıdır. Sakinlərin bütün arzu və istəklərini öyrənmək və onlara maksimal komfort həyat şəraiti yaratmaq məqsədilə developer hər bir alıcı ilə fərdi görüşlər keçirir. Vahid sosial səviyyə, oxşar maraqlar və həyat tərzi yaşayış klubundakı ailələri birləşdirərək rahatlıq, təhlükəsizlik və mehriban qonşuluq ab-havası yaradacaqdır.