- +994 55 200 27 91
- 012 412 74 70
- [email protected]
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binası artıq istifadəyə verilib.
Bildirildi ki, bina modern və postmodern üslubda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.
Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. İşçi mərtəbələri 254 otaqdan ibarət olan binada 537 əməkdaşın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Binadaxili mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub. Göründüyü kimi, yeni binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün hər cür şərait yaradılıb.
Onu da qeyd edək ki, bu layihənin adı “Property Tower Baku”dur.
Samstone olaraq, mərmər, qranit, traonyx və s daşlarını, təbii gözəllikləri və inkişaf etmiş texnologiyaları bir araya gətirərək, layihələrinizi və yaşam sahələrinizi möhkəmləndiririk.
Biz, Samstone şirkəti olaraq, mərmər, qranit, traonyx və s daşları ilə məşğul olan bir layihə və tikinti materialları təchizatçısıyıq. Əsas üstünlüyümüz təcrübəli ekspertlər və müstəqil keyfiyyət kontrolları ilə yaradıcı və sürətli həllər təqdim etməkdir.
© 2023 Bütün hüquqlar qorunur
WhatsApp Bizə yazın